Deputat Almaniyaya aparıldı - ÜRƏYİNƏ STENT QOYULDU
Milli Məclisin deputatı Mahir Aslanov ürək əməliyyatı olunub.
APA-nın məlumatına görə, deputatın ürəyində problem yarandığından 3 gün əvvəl Almaniyada xəstəxanaya yerləşdirilib.
Mahir Aslanov ürəyindən əməliyyat olunaraq ona 2 stent qoyulub.
Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.