Deputat: “Antimilli Şura ilə Ermənistandakı keçmiş xunta eyni yerdən qidalanır”

“Antimilli Şuranın üzvləri və Ermənistanda keçmiş xuntanın rəhbərliyi eyni tezislərdən çıxış edirlər, eyni yerdən qidalanırlar”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, həmçinin, onlar Azərbaycan və Türkiyənin yaxın münasibətindən narahat olurlar: “Azərbaycan gəncliyinə səslənirəm ki, bu çağırışlara uymasın. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı birlik nümayiş etdirdi. Biz bu birliyi daha da gücləndirməliyik”.

 

Müəllif | Apa.Tv
Apa.tv