Deputat autizm xəstələrinə görə hökumətə səsləndi

“Azərbaycanda Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi var, 1000-dən yuxarı autizim xəstəsi burada qeydiyyatdadır”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi bütün orqanlara müraciət edib: “43 autizm xəstəsinin valideyni mənə 500 adamın adından müraciət edib. Azərbaycanda ümumilikdə 5000 autizm xəstəsi var. Bu xəstələrə baxılmalı, onlar cəmiyyətə qayıtmalıdır. Yeni Günəşlidə ayrılan torpaq sahəsi restoran üçün nəzərdə tutulsaydı, tikintiyə o dəqiqə icazə verilərdi, bu uşaqlar üçün yer ayrılıb, amma tikintiyə icazə verilmir. Bu uşaqlar evdə kəndirə bağlanıb saxlanılır, onlar mənim gözümün qabağından getmir. Analar hayqırır, göz yaşı tökürlər. Parlament rəhbərliyindən xahiş edirəm ki, bu məsələnin üstündə dursun. Tikintiyə niyə icazə verilmir? Mən qoca vaxtımda yalvarıram, bu adamlara yazığınız gəlsin”.

Müəllif | Apa.Tv
Apa.tv