Deputat: “Bəlkə də ermənilər də Prezidentə yüksək qiymət verəcəklər, paytaxtı İrəvana köçürəcəyik”

“Dünən partiya adından Prezident İlham Əliyevə təbrik məktubu ünvanladıq”

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, bundan sonra Ədalət Vəliyev onlara zəng edib və təbriklərinin Prezidentə çatdırıldığını, təşəkkür etdiyini bildirib:  

 

“Azərbaycanda siyasi mühit dəyişir. Müstəqilliyimiz uğrunda mübarizə aparan yüzlərlə insana qiymət veririk. Heydər Əliyevə də münasibətimiz bundan ibarətdir ki, o bizim müstəqilliyimizi xilas edə bildi. 100 il sonra da tarixi reallıqlar dəyişəcək. Bəlkə də ermənilər də Prezidentə yüksək qiymət verəcəklər, paytaxtı İrəvana köçürəcəyik. 100 il sonra Prezident İlham Əliyevə verilən dəyər reallıqları əks etdirəcək. Çünki onun sayəsində bizim 100 illər boyunca həll edə bilməyəcəyimiz problem həllini tapdı”.

Müəllif | Apa.Tv
Apa.tv