Deputat Ermənistandan gələn azərbaycanlı qaçqınların pasportlarının aqibəti ilə maraqlanıb

“Azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı sənədlər, demək olar ki, yox səviyyəsindədir. Milli Arxiv İdarəsinin rəisi isə mənə bildirdi ki, bu sənədlər məxfi fondda saxlanır”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən deputat Əziz Ələkbərov deyib.

 

Deputat bildirib ki, Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmamışıq: “Bu sənədlər alimlərin, dövlət qurumlarının əlində kifayət qədər deyil. 1988-ci ildə ermənilərin bizim torpaqlarımızda törətdiyi cinayətlərin Milli Arxiv İdarəsində məxfi fondda saxlanılmasına səbəb nədir?! Milli Arxiv İdarəsi buna cavab versin. Qərbi Azərbaycanda erməni vandallığı ilə bağlı bütün sənədlərin alıb ortaya qoyulmasını təklif edirəm. Ermənistandan gələn qaçqın vətəndaşlardan onların Ermənistan vətəndaşı olmasını sübut edən pasportlar Daxili İşlər Nazirliyi tərəfindən yığıldı. Bu pasportların taleyi barədə məlumat Milli Arxiv İdarəsində varmı? Həmin pasportlar bizim Ermənistan vətəndaşlığımızı sübut edən ən tutarlı sənəddir. Bizim Ermənistanda olan bütün arxivlər yandırılıb. 20-30 il sonra biz sübut etməyə çətinlik çəkəcəyik ki, Qərbi Azərbaycanda, o torpaqlarda 200-300 min azərbaycanlı yaşayıb”.

 

ƏZİZ ƏLƏKBƏROV - DEPUTAT

Müəllif | Apa.Tv
Apa.tv