Deputat: “Mənzil bölgüsündə sovet dövründən qalan norma tətbiq edilməkdədir”
“Bu gün əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ciddi problemlər var. Sahil Babayevə ondan öncəkilərdən bu ciddi problem miras olaraq qalıb”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, bu gün Vətən müharibəsində, o cümlədən Birinci Qarabağ müharibəsindən olan qazilərə əlillik dərəcələrinin verilməsi məsələsinə həssaslıqla yanaşmalıyıq: “Bu problem ən qısa zamanda həllini tapmalıdır. Mənzil bölgüsündə sovet dövründən qalan norma tətbiq edilməkdədir. Bu da bu gün şəhid ailələrimizin, qazilərimizin mənzil növbəsinə durmasında problemlər yaradır. Mənzil növbəsinə götürülmədə adambaşına düşən norma çox aşağı olduğundan şəhid ailələri, qazilərimiz mənzil növbəsinə dayana bilmir.