Deputat: “Müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır”

“Müharibə veteranlarına 80 manat müavinət verilir. Bu müavinət artsa, yaxşı olar”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Çünki bu müavinət təyin edilən dövrlə indiki qiymətlərdə dəyişiklik olub. Nəqliyyat-yol xərcləri artıb”, - deyə deputat bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv