Deputat: “Operativ Qərargahın bəzi qərarlarına düzəliş edilməlidir”

Operativ Qərargahın bəzi qərarlarına düzəliş edilməlidir:

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, sahibkara istənilən səviyyədə yardım göstərmək mümkün deyil. Ölkədə tikinti məhsullarının qiyməti son 1 ildə 30-40% qalxıb. İdman yerlərini bağlayıblar. Burada hansı yoluxma təhlükəsi var?! Yüzlərlə, minlərlə insanların vəziyyəti ağırdır. Yaxud paltar, ayaqqabı satılan yerləri bağlayırlar-açırlar. Hansı ki, ora gün ərzində 10-20 nəfər girə, ya girməyə. Bir çox sahələri açmaq lazımdır. İnsanları bu vəziyyətdə qoymaq olmaz. Həmin yerlərdə çalışan insanlar işləmir”.

Müəllif | Apa.Tv
Apa.tv