Deputat: “Qiymətləri qaldırıb, Tarif Şurasının arxasında gizlənirlər”

“Büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələri bizim çıxışımıza çox etinasız yanaşır. Hərdən elə baxırlar, elə bil Tahir Kərimlini yol polisi saxlayıb”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, heç kimin camaatın çörəyini kəsməyə ixtiyarı yoxdur: “Nə deyirik, tərsinə edirlər. Uşaq pulu deyirik, etmirlər, bizi saymırlar. Bir Tarif Şurası yaradıblar. Qiymətləri qaldırırlar, Tarif Şurasının arxasında gizlənirlər”.

 

T. Kərimli nazirlərin deputatın suallarına cavab verməməsindən də şikayətlənib: “Suallarımıza nə səhiyyə naziri cavab verir, nə əmək və əhalinin sosial müdafiə naziri. Deyirlər, elə Maliyyə Nazirliyi cavab verəcək”.

Müəllif | Apa.Tv
Apa.tv