Deputat seçilən icra başçısı işdən çıxarıldı

Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Qeyd edək ki, Aqil Məmmədov 1 aprel 1960-cı ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 4 mart 2013-cü ildə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçilib.

Müəllif | Apa.Tv
Apa.tv