Deputat: “Şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır”

“Qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

 

Deputat bildirib ki, şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsi ilə bağlıdır: “Elə kənd var ki, onun sadəcə bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur”.

Müəllif | Apa.Tv
Apa.tv