Deputat Şeyx İbrahim, Hacı Çələbi və Cavanşirin heykəlinin qoyulmasını təklif edib

“Azərbaycanda vətənpərvərliyi inkişaf etdirməkdən ötrü təklif edirəm ki, Şeyx İbrahim, Hacı Çələbi və Cavanşirin heykəlləri qoyulsun”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

 

Deputat Qəbələnin Albaniyanın paytaxtı olması ilə bağlı yubiley keçirilməsini də təklif edib: “Şamaxıda "Dörd qapılar" deyilən yer də qoruq elan edilsin”.

 

Müəllif | Apa.Tv
Apa.tv