Deputat “TİK-TOK”un qadağan olunmasını istədi
“Azərbaycanda azyaşlıların “Tik-tok”a girişi qanunvericilik qaydasında qadağan edilməlidir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.5
Deputat bildirib ki, "Tik-tok” bir çox ölkələrdə səmərəli kontent yaratmaq üçün istifadə olunur: “Amma Azərbaycan seqmenti haqqında bunu deyə bilməyəcəyik, sözün əsl mənasında gələcək nəslin məhvinə yönəlib”.