Deputat “YAŞAT" Fondundan narazılıq etdi: "Müharibə iştirakçıları dərmanlarını necə alsınlar?”

“YAŞAT Fonduna müraciət çoxdur, artıq bu müraciətlərə imtinalar verilir. Bu da vəsait çatışmazlığı ilə bağlıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev bildirib.

Deputat təklif edib ki, Dövlət Neft Fondundan YAŞAT Fonduna vəsait köçürülsün: “İmkanlı şəxsləri də YAŞAT Fonduna vəsait köçürməyə çağırıram. Çünki hələ də müalicə və reabilitasiyaya ehtiyacı olan müharibə əlillərimiz var”.

Müəllif | Apa.Tv
Apa.tv