Deputatlığa namizəd barəsində axtarış verildi

Azərbaycanda deputatlığa keçmiş namizədə cinayət işi açılıb. 

 

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən xəbərə görə, Mehdiyev Səbuhi Dərgah oğlu Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.


Səbuhi Mehdiyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.  

 

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

Qeyd edək ki, S. Mehdiyev 2020-ci ildə keçirilən Parlament Seçkilərində İmişli rayon 79 saylı seçki dairəsindən deputatlığa namizəd olub. 

 

Həmin dairədən Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deputat seçilib.

 

Müəllif | Apa.Tv
Apa.tv