Deputatlığa namizəd kafedra müdirindən 150 min pul aldı: GÖRÜN NƏ VƏD EDİB

Azərbaycanda külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, 40 yaşlı Səbuhi Rəcəb polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ələ keçirilib.

O, külli miqdarda dələduzluq etməkdə təqsirli bilinir.

 

Əldə etdiyimiz məlumata görə, Səbuhi Rəcəbin əməlindən 3 zərərçəkmiş var. Belə ki, o, tanışı olan bir qadının avtomobilini götürüb və sahibinin xəbəri olmadan 40 min manata satıb. Digər qadının isə lizinq yolu ilə maşın alacağı adı ilə 51 min manatını mənimsəyib.

 

Onun əməlindən ən çox 3-cü şəxs zərər görüb. Məlumata görə, 3-cü zərərçəkmiş Səhiyyə Nazirliyinin dövlət həkimləri təkmilləşdirmə institutun cərrahiyyə kafedrasının müdiri Şahin Əliyevdir. Səbuhi Rəcəb ona daha böyük vəd edib. Belə ki, Şahin Əliyevi dövlət həkimləri təkmilləşdirmə institutuna rektor təyin edəcəyini deyən Səbuhi Rəcəb ondan nə az, nə çox 150 min manat pul alıb.

 

Saxlanılan Səbuhi Rəcəbin istintaqı başa çatıb. O, Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, Səbuhi Rəcəb Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd kimi qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Apa.tv