Dəqiq məlumat almaq üçün Ermənistana təzyiq edilməlidir – XİN – APA TV

"Ermənistanın ayrıseçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir”. Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunub ki, daha bir mülki şəxs minaya düşüb və bununla da, 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb. Bildirilib ki, hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın. Xatırladaq ki, yanvar 21-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb.

Müəllif | Apa.Tv
Apa.tv