DİN: Ata və azyaşlı oğlu icazə üçün 8103-ə 90 dəfə SMS göndərib

 

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan 8103 qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz SMS-lər göndərilir.

DİN mətbuat xidmətindən APA TV-yə bildirilib ki, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abunəçisinin 8103 nömrəsinə icazə almaq üçün 90-na yaxın SMS göndərdiyi barədə məlumat verilib. Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilib və onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramov olduğu müəyyən edilib.

Həmin şəxs Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlham Bəhramov ifadəsində SMS-lərin onun xəbəri olmadan azyaşlı oğlu tərəfindən göndərildiyini bildirib.

Məsuliyyətsiz davrandığına və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə İlham Bəhramov cərimə edilib.

Müəllif | Apa.Tv
Apa.tv