DİN: Bu gündən Bakı, Sumqayıt və Abşeronda quraşdırılan xüsusi polis postları götürülüb

“Bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda quraşdırılmış xüsusi polis postları götürülüb”.

 

Bunu APA TV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

 

Onun sözlərinə görə, həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər. Belə ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, fəaliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər.

 

Ehsan Zahidov bu işlərin gücləndirilmiş variantda davam etdirildiyini bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv