DİN-in Müvəqqəti Saxlanma Yerlərində görüşlər məhdudlaşdırıldı

Daxili İşlər Nazirliyinin tabeliyində olan Müvəqqəti Saxlanma Yerlərində saxlanılan şəxslərlə görüşlərə, onlara sovqatların verilməsinə məhdudiyyət qoyulub.

 

APA TV xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

 

O qeyd edib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlanma yerlərində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir və bununla əlaqədar saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu məhdudlaşdırılıb.

 

Ehsan Zahidov həmçinin əlavə edib ki, saxlanılan şəxslərin vəkilləri ilə görüşünə heç bir məhdudiyyət tətbiq edilmir.

 

Müəllif | Apa.Tv
Apa.tv