DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti yanvarın 20-də, Ümumxalq Hüzn Günündə faciənin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

APA TV-nin məlumatına görə, 20 yanvar şəhidlərinin əziz xatirəsini yad edən  Polis əməkdaşları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş  vətən fədailərinin məzarları üzərinə qərənfillər düzüblər.

20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Müəllif | Apa.Tv
Apa.tv