DİN: Kütləviliyə, müəyyən edilən yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.

 

Nazirlikdən APA TV-yə verilən məlumata görə, qarşıdan gələn Qurban bayramı günlərində pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində, eləcə də satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.   

 

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş www.qurbanliq.kendden.az satış portalına müraciət olunmalıdır.

 

Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv