DİN polislərlə bağlı yeni videorolik yayımlayıb
Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan polisinin koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ön cəbhədə olmasından, onların öz səhhətlərini təhlükəyə ataraq vətəndaşlarımızın sağlamlığının keşiyini çəkməsindən bəhs edən növbəti videorolik hazırlanıb.
APA TV xəbər verir ki, videoçarx polislərimizin fədakar xidmətinə və yardımsevərliyinə həsr olunub.