Digər əmlaklar kimi silahlar da vərəsə sahibinə verilirmi?

 

Qanuni silahların mülkiyyəti xüsusi qaydalara və qanunvericiliyə tabe olan məsələlərdən biridir. Maraqlıdır, bir şəxsin ölümündən sonra onun malik olduğu digər əmlaklar kimi silahlar da vərəsə sahibinə verilirmi? Araşdırmalarımıza görə, bu hal cəmiyyətimizdə sual və müzakirə yaradan mövzulardan biridir. Bilirik ki, qanuni silahlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xüsusi icazə ilə əldə olunur və onların istifadəsi, saxlanılması, daşınması ciddi nəzarət altındadır. Ölən şəxsin qanuni silahının kimə keçməsi irs hüququ, eləcə də "Silahlar haqqında" qanun və digər müvafiq normativ aktlarla tənzimlənir. Ölüm halında silahın kimə qalacağı məsələsi ilə bağlı açıqlama verən DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, Belə silahlar polis orqanına təhvil verilir və qeydiyyatdan çıxarılır. O əlavə edib ki, silah vəsiyyətlə miras da qoya bilər.

Müəllif | Apa.Tv
Apa.tv