Dilqəm Əsgərovun ailəsi sevinc hissləri yaşayıb

Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə  bu gün axşam saatlarında gətiriliblər. Erməni girovluğundan azad edilərək ölkəmizə gətrilimiş Dilqəm Əsəgrovunun ailəsi sevinc hissləri yaşayıb.

 

APA TV əməkdaşları Dilqəm Əsgərovunun ailəsinin yaşadığı Şəmkir rayonun Çinarlı kəndində olub. Çəkliş zamanı Dilqəm Əsgərovun ailəsi sevincini bizlərlərə bölüşüb. Kənddə olan zaman ailəsi ilə bərabər kənd sakinləri də sevinirdi. Çünki, ailəsi, kənd camaatı və bütün xalqımız bu günü gözləyirdi. Dilqəm Əsgərovun övladı  Kürdoğlu Əsgərovla həmsöhbət olduq.

 

O, ailəsi adından Ali baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.

 

Kürdoğlu Əsgərov  deyir ki, atası gələndən sonra işğaldan azad olunmuş dədə-baba yurdu olan Kəlbəcərə birlikdə gedəcəklər.

 

Dilqəm Əsgərovun həyat  yoldaşı Firuzə  Əsgərovanın da   sevincinin həddi-hüdudu yox idi. Firuzə xanım deyir ki, həyat yoldaşı Dilqəm Əsgərov ata-anasının qəbrini ziyarət edən zaman əsir düşüb.

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov bu gün günorta saatlarında təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. 

 

Fuad Nazimoğlu

Mehid Məmmədov

APA TV 

Müəllif | Apa.Tv
Apa.tv