DİN-ə hücumla bağlı məsuliyyəti PKK üzərinə götürdü – APA TV
Türkiyənin paytaxtı Ankarada terakt cəhdinə görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb. Bu barədə “A Haber” məlumat yayıb. “Bütün cənub sərhədlərinin ən azı 30 km enində təhlükəsizlik zolağı ilə qorunması və ondan irəli gələn fəaliyyət strategiyası daim nəzarət altındadır”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edərkən səsləndirib. O, bildirib ki, hücum cəhdi terrorun son çırpınışlardı. “Atacağımız yeni addımlar sadəcə hazırlıq, zaman və şərait məsələsidir. Ona görə də “Bir gecə qəfil gələ bilərik” sözü heç vaxt unudulmasın” deyə Türkiyə lideri əlavə edib. Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub. Bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Yaraqlılardan biri özünü partladıb, digər isə zərərsizləşdirilib. Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.