DİN itkin düşən məktəblilərlə bağlı məlumat yaydı

Bakıda və Şəkidə məktəblilər itkin düşməsi barədə məlumat yayılıb.

 

APA xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.

 

Bundan başqa Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

 

 

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulinin yeri müəyyən edilib.

 

Məlum olub ki, o Gəncə şəhərində atasının yanına gedib.

 

Şəkidə itkin düşən polis əməkdaşları tərəfindən 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyevin getdiyi istiqamət müəyyən edilib və tapılaraq ailəsinə qaytarılması təmin olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv