Diplomatik korpus nümayəndələri Kəlbəcərə səfər etdi

Diplomatik korpusun nümayəndələri Toğanalı-Kəlbəcər-İstisu-Laçın avtomobil yolunun üzərində yerləşən tunelin inşası ilə tanış olublar.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, onlara tunelin tikintisi haqqında ətraflı məlumat verilib.

 

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri həmçinin “Kəlbəcər-1” Su Elektrik Stansiyası, “Tunel qətliamı”nın baş verdiyi ərazi, Kəlbəcər şəhərində məscid, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyası ilə tanış olacaqlar.

 

Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.

 

Qeyd edək ki, Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir.

 

FUAD NAZİMOĞLU MÜXBİR

Müəllif | Apa.Tv
Apa.tv