DİQQƏT: Azərbaycanda sahə həkimləri var - “Heç kim tanımır”
Azərbaycanda sahə həkimləri fəaliyyət göstərir. Amma insanların çoxu bundan xəbərsizdir. Şəhərdə apardığımız kiçik sorğu zamanı sakinlər bildirdi ki, istər qızılca, istərsə də digər infeksion xəstəliklərə yoluxduqda sahə həkimləri nəinki qapılarının yolunu tanımırlar, heç zəng edib maraqlanmırlar da. 17 ildir ki, sahə həkimi, özünün dili ilə isə desək “ailə həkimi” kimi fəaliyyət göstərən İlhamə Rəsulova deyir ki, bunun günahı sahə həkimlərində yox, onlara vaxtında müraciət etməyən insanlardadır. Ekspertlər hesab edir ki, sahə həkiminin özü vaxtında pasientlə maraqlanmalı, müayinədən keçirməli və lazımi tibbi sənədlərin yazılması üçün səy göstərməlidir. Həkimlərin məsuliyyəti onların Hippokrat andına sadiqliyidir. Amma təəsüf ki, bu anda sadiq olan tibb işçiləri barmaqla sayılacaq qədərdir.