Diqqət! Bu mesaj gəldisə, ƏDV-ni geri ala bilməyəcəksiniz – APA TV
Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin ƏDV-ni geri qaytarmaması ilə bağlı görüntülər yayılıb.
İddianın doğruluğunu araşdırmaq üçün sözügedən marketə yollandıq. Alış-veriş etdik, çekimizi aldıq, ƏDV-ni geri almaq üçün telefonumzdakı tətbiqə girdik, məlumatları təsdiqlədik, lakin bizə qəribə bir mesaj gəldi: “Vergi ödəyicisi riskli vergi ödəyicilərindən formalaşdığı üçün ƏDV qaytarılmır”.
Bəs bu nə deməkdir? Hansısa riskli vergi ödəyicisinə görə vətəndaş niyə ƏDV-sini geri ala bilmir?