Diqqət: Kriptovalyuta biznesində yeni təhlükə
Qazaxıstanda baş verən proseslərin qlobal rəqəmsal biznesə ciddi təsiri olub.
Bu barədə “The Gardian” dərgisi yazıb.
Bildirilib ki, baş verən xaotik vəziyyətlə əlaqədar ölkədə internetin qapadılması “Bitcoin”in istehsalının azalmasına və rəqəmsal valyutanın dəyərdən düşməsinə səbəb olub.
Kembric Alternativ Maliyyə Mərkəzindən mətbuata bildirilib ki, kriptovalyutalarda dəyər itkisinin yaşanmasına səbəb “Bitcoin” istehsalı üzrə dünyada ikinci yeri tutan Qazaxıstanda baş verən proseslərdir.
Qeyd olunub ki, 2019-cu ildə kripto bazarın 1,4 faizinə sahib olan Qazaxıstan, 2021-ci ildə 18 faizə yüksəlmişdi.
“Foundri” rəqəmsal valyuta şirkətinin rəhbəri Kevin Zanq isə bildirib ki, Qazaxıstanda internetin dayandırılması “Bitcoin” istehsalının 15 faiz azalmasına səbəb olub. O əlavə edib ki, internet bərpa olsa belə ölkədəki xaos və enerji çatışmazlığı səbəbindən virtual valyutanın əvvəlki gücünü bərpa etmək çox çətin olacaq.