DİQQƏT! Suqızdırıcılara görə qazınız kəsilə bilər

“Azəriqaz” İstehsalat Birliyində növbəti açıq qapı aksiyası keçirilib. Qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, havaların soyuq keçməsinə baxmayaraq, təbii qazın verilişində hər hansı problem yoxdur. Onun sözlərinə görə, qaz qurğularına texniki baxışın keçirilməsi üçün vətəndaşlar “Azəriqaz”a müraciət edə bilərlər.

 

 

Tədbirdə bildirilib ki, vanna otaqlarında suqızdırıcıların quraşdırılmasındakı səhvlər, havalandırmanın olmaması son zamanlar dəm qazından boğulma hallarının yaşanmasına səbəb olur. Buna görə də indən belə keçirilən texniki müayinələr zamanı akt tərtib olunacaq və aşkarlanan nöqsanın aradan qaldırılması üçün abonentə bir ay vaxt veriləcək.

 

Qeyd edilib ki, tələbat artdıqca, istehlakçılara təbii qazın verilişi də artırılır. Hazırda isə “Azəriqaz” 2,4 milyondan artıq təbii qaz istehlakçısına xidmət göstərir.

Müəllif | Apa.Tv
Apa.tv