Dirov dağ faciəsi haqqında bilmədiklərimiz - Tədqiq olunmayan qətliam - APA TV
Dirov dağ faciəsi haqqında bilmədiklərimiz - Tədqiq olunmayan qətliam - APA TV
Bura Şirvan milli parkının Neftçala rayonu ərazisində yerləşən Dirov dağ kimi tanınan hissəsidir.
Palçıq vulkanlarından yaranan bu dağda üst-üstə yığılmış insan skeletləri və kəllələri var. Bu sümüklər ermənilərin Salyanda törətdikləri qətliamın izləridir. Yerli mütəxəssislərin ilkin ehtimalına görə, burda baş verənlər erməni-daşnak qüvvələrinin dəsti-xəttinə oxşayır. Belə ki, erməni cəlladları Salyan bölgəsində törətdikləri cinayətin izini itirmək üçün qətlə yetirdikləri insanları burda basdırıblar. Yerli tarixçilər deyir ki, Salyanda baş verən qırğınlar zamanı insanların bir hissəsi məhz Dirov dağa sığınıb. Əhalinin yerini müəyyənləşdirən ermənilər isə heç kimə aman verməyiblər. Tarixçi bildirir ki, Ərəbbəbirxanlı kəndi deyilən ərzidə Dirovdağda öldürülənlərin bir məzarlığı qalmaqdadır. Tarixçi alim Solmaz Rüstəmova-Tohidi bildirir ki, adı çəkilən dağın yaxınlığında yerləşən bəzi kəndlərdə baş verən qətliamlar haqqında Əlimərdan bəy Topçubaşovun Parisdəki şəxsi arxivindən götürülmüş və onun tərəfindən kitab halına salınmış bəzi məlumatları var. Həmin materialda Azərbaycan hökumətinin fövqəladə istintaq komissiyasının üzvü Novatskinin 1918-ci ildə Salyan şəhərində dekabrın 2-də Cavad qəzasının Ərəb-Qardaşbəyli kənd sakini, 48 yaşlı Kərəm Ağa Məmməd oğlunın dindirmə protokolundan bir hissəni sizə təqdim edirik. “Mən Cavad qəzasının Ərəbqardaşbəyli kəndinin kəndxudasıyam. Bizim kənd Kür çayının sağ sahilində Salyan şəhərindən 30 verst məsafədə yerləşir. Kənddə 250 ev və 2 min əhali olub. Bu ilin may ayında iyunun əvvəlində bizim kəndə 6 paraxodla və piyada bolşevik adı altında ermənilər gəldilər. Onlarla birlikdə bir neçə rus və molakan da gəlmişdi. Onlar bizə bəyan etdilər ki, bizə tabe olsalar onlar bizi incitməyəcəklər. Biz də razılaşdıq. Ancaq ermənilər başladılar bizim mal-qaranı oğurlamağa, ayrı-ayrı adamları öldürməyə və qadınlara toxunmağa. Buna görə də onlardan qurtulmaq üçün onlara güc tətbiq etməklə qovmağa başladıq. Bizə Salyandan və yaxın kəndlərin sakinləri köməyə gəldi və biz onlarla döyüşə girdik. Amma onların top və pulemyotları olduğuna görə davam gətirə bilməyib geri çəkildik. Sakinlər bütün əmlaklarını qoyub qaçdılar. Çoxları macal tapıb qaça bilmədilər və qaldılar. Ermənilər kəndə soxulub kənddə qalan 33 sakini o cümlədən 3 qadını qətlə yetirdilər. Onlardan bəzilərini işgəncə verərək öldürdülər. Ağa Baba Məmməd Yusif oğlunun tik-tikə doğradılar, Rüstəm Məşədi Əsgər oğlunu süngü burnu etdilər, qılıncla doğradılar, Məşədi Nağı İsmayıl oğlunu süngüyə keçirib başın kəsdilər. Bütün daşınan əmlakları talan edildi. 22 ev yandırıldı və talan edildi. Məscidlərdən bütün xalçalar oğurlandı. Bizim həmkəndlilərdən 6-sı əsir götürüldü. Ermənilər özləri danışırdı ki, Beştalı kəndində evlərdən birində onların erməni yoldaşı 10 yaşlı müsəlman qızını zorlayanda bir rus onu güllələyib və təsadüfən qızı da öldürüb” Qeyd edək ki, Dirov dağ ərazisinin Azərbaycan Arxeologiya İnstitutu, tarixçilər və mütəxəssislər tərəfindən ciddi araşdırılmasına ehtiyac var. Əlibəy Zeynallı Elçin Həsənov