Dişinizə görə QİÇS-ə yoluxmaq istəmirsinizsə, bunlara diqqət edin...

 

Bir neçə gündür ki, bloger Asya Aslanovanın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılmaqdadır. Belə ki, diş həkimi müalicə zamanı yerli keyitmə əvəzinə, ümumi narkozadan istifadə edib və Asya Aslanovanın bədəninə infeksiya düşüb. Hazırda reanimasiyadadır və vəziyyəinin ağır olduğu deyilir. Xəstəxanadan ilkin məlumat olaraq bildirib ki, onun bu vəziyyətə düşməsinə səbəb streptokok mənşəli bakteriyanın bədənə yayılmasıdır. Əlbəttə ki, olay həkim məsuliyyətsizliyi mövzusunu bir daha qabartmış olur. Bu xəbərdən sonra diş həkimindən qorxmayanların da ürəyinə vəlvələ düşüb. Bəs yaxşı, insanlar sağlamlıqlarını stomotoloqa necə etibar etsinlər? Ümumiyyətlə pasiyentlər stomatoloqa gedərkən nəyə diqqət etməlidirlər? Pasient sterilizator və paketləmə qurğusunun olub-olmadığına da fikir verməlidir. Steril olmayan şəraitdə dişin çıxarılması kimi prosedular zamanı QİÇS-dən əlavə bir çox digər təhlükəli infeksiylalara, o cümlədən hepatitlərə yoluxma riski çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında VİÇ və “Hepatit C” xəstəliklərinin yayılma səbəbləri arasında stomatoloji xidmətlər də qeyd olunub.

Müəllif | Apa.Tv
Apa.tv