Divarlarda çəkilən rəsmlər gizli mesajları çatdırır?

Bu yaxınlarda insanlar arasında “Sovetski” kimi də tanınan ərazidə 2019-cu ildə çəkilmiş məşhur qraffiti nümunəsinin silinməsi insanlarda fikir ayrılıqları yaradıb. Bu mövzu isə ən çox sosial şəbəkələrdə müzakirə poredmeti olub. Bu səbəbdən qrafiti barədə araşdırma apardıq. Ondan başlayaq ki, qraffiti divarlara çəkilən şəkillər və ya yazılar yolu ilə özünü ifadə etməkdir. Kimiləri belə şəkillərə incəsənət nümunəsi kimi yanaşsa da, qraffiti nümunələrinin çəkilməməsi tərəfdarları da az deyil. Keçmiş qraffiti rəssamı Elməddin Bayramov deyir ki, bu sənət növü bir qrup insanın öz sözünü və ya fikrini daha böyük kütləyə çatdırmaq vasitəsidir. Müsahibimizin sözlərinə görə, bəzi qraffiti nümunələri cəmiyyət tərəfindən yaxşı qarşılanmadığına görə, bu sahədə çalışanlar rəssamlığın digər istiqamətlərinə yönəlməli olurlar. Mütəxəssislərin fikrincə, bəzi insanların bu sənəti qəbul etməməsinə baxmayaraq, qraffitinin tarixi yüz illər əvvələ gedib çıxır. Üzeyir Şəfiyev deyir ki, bəzi qraffiti nümunələrində pis vərdişlərin təbliğatı aparılır. Bu tip təsvirlərin şəhərin ümümi görüntüsündə səliqəsizlik yaratdığını düşünənlərdə var. Onların fikrincə, nəzarət olmalıdır. Qeyd edək ki, dünyanın bir çox yerində dövlət müəssisələri qraffiti üçün xüsusi ərazilər ayırır. Beləliklə, insanlar mülklərə zərər vermədən öz sənətlərini icra edirlər. Qrafitini küçə sənəti adlandırmaq olar, lakin hər hansısa bir ideologiyanın təbliği kimi ediləndə cinayətdir.

LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv