Dönərdən zəhərlənən tələbə qız danışdı: İkinci dəfəydi alırdım
“Bakıda dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə ötən gün baş verib, ən maraqlısı isə odur ki yenə də dönərdən. Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilən vətəndaşların səhhəti ilə bağlı ən son məlumatları almaq üçün burdayıq”
KTM-in ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu deyib ki, "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər: “Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. İki üç nəfər isə evə buraxılıb. Bir nəfər isə artıq evə buraxılıb. Bunlar bir ailənin üzvləri deyillər. Bütün xəstələrdən məlumatlar toplanılıb, toyuq dönəri ilə qidalanıblar. Amma hələ aydınlaşdırılmayıb ki, zəhərlənmə nə səbəbdən baş verib. Baş vermiş hadisə ilə bağlı tərəfimizdən DİN-ə məlumat verilib, AQTA məlumatlıdır. Hazırda fakt dəqiqləşdirilir. Hadisə ilə bağlı cinayət işi açıla bilər”.
19 yaşlı tələbə Tünzalə Fəttahova da ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib: ““28 Mall” yanında “Dönər Market” adlı bir kafe var ordan aldım. Özü də 3 manata . Saat 5 radələri olardı, yeyəndən iki saat sonra ciddi ağrılar hiss elədim. Təcili yardımla xəstəxanaya çatdırıldım. Zəhərlənmədir dedilər. Qida zəhərlənməsi olub, amma yediyim an heç bir qəribəlik hiss etmədim. Sözü gedən yerdən artıq ikinci dəfədir dönər alıram.
Belə, tələbə gənclə görüşdükdən sonra üz tutduq şəhərin mərkəzindəki sözügedən kafe-marketə.
“Sözü gedən ünvandayıq. Artıq kafe qırmızı lentə alınıb. Qapı bağlıdır. Dönər satılan pəncərə belə kilidlənib. İçəri heç kim buraxılmır. Açıqlama üçün tələsən yoxdur. Tələbələrə 2.80 güzəştlə satılan dönərin elanı da kafenin pəncərə qapılarını bəzəyir. Gözlədik və qapını üzümüzə açan olmadı. Bizdə fürsət tapıb dönəri həyat tərzinə çevirənlərlə görüşdük. Niyə məhz dönər? Ən əsası niyə hər gün?”
Sözügedən kafenin qarşısındaca bir məqam diqqətimizi çəkdi. Sən demə dönərin hazırlanma prosesində bol-bol istifadə olunan mayonezlər elə küçədə, ayaq altında saxlanılırmış.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Günün hadisəsi dönərdən zəhərlənənlər olsa da, dönər döndü, dolandı, amma səlahiyyətli qurumlar araşdırmanın nəticəsini bəlli etmədi. Nə deyirik, gözləyək.