Dörd otaqlı ev əşyaları ilə birlikdə yandı
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1977-ci il təvəllüdlü Anar Allahverdiyevə məxsus fərdi yaşayış evi ümumi sahəsi 300 Kvm olan evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğın söndürən avtomobilləri cəlb olunub. Yanğın zamanı 4 otaqlı evin 2 otağı əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisəni baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu,
APA TV, Şəmkir