Dördüncü sinif şagirdi necə itkin düşüb? - Məktəb direktoru APA TV-yə danışdı

“Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü Mikayıl Rzayev fevralın 6-da məktəbdən çıxıb və bir daha geri qayıtmayıb.Düzdür hazırda hüquq-mühafizə  orqanlarında uşağın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilib. Amma maraqlıdır bir uşaq elə  birinci  dərsdən çıxıb gedir və  məktəbin rəhbərliyi də  başda olmaqla, nə müəllimlər nə də  mühafizə  xidmətinin əməkdaşları bundan xəbər tutmur. Nəzərə alsaq ki, analoji hal digər məktəblilərin də timsalında yaşana bilər”.

220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova deyir ki, Mikayıl Rzayev təhsildən yayınan uşaqlar üçün təşkil edilən fərdi sinifdə təhsil alırmış. İki korpusdan ibarət məktəbdə 2600-ə yaxın şagird var və Mikayıl məktəb binasını tərk edərkən digər korpusa keçəcəyini bildirib.

Ekspertlər bildirir ki, istənilən halda uşaq dərs vaxtı məktəbi tərk edirsə, birbaşa məsuliyyəti məktəb rəhbərliyi daşıyır.

Hazırda 220 nömrəli məktəb-liseyin 4t sinif şagirdi Mikayıl Rzayevin tapılması istiqamətində axtarışlar davam edir.

Qeyd edək ki, 13 yaşlı Mikayıl 2019-cu ildən 1 saylı uşaq evində yaşayır.

Müəllif | Apa.Tv
Apa.tv