DOST-un balaca dostları yeni ili qeyd edir
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ilin yekunları və həssas əhali qrupuna aid şəxslərə göstərilən sosial-psixoloji dəstək istiqamətində əldə edilən nəticələrə dair mətbuat konfransı keçirilib.
Tədbirdə Yeni il və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə xeyriyyə məqsədli “Sehrli Yeni il” adlı iki günlük bayram proqramı təqdim olunub.
Mərkəzin direktoru Pərvinə İsmayılova çıxış edərək, gördükləri işlər barədə məlumat verib.
Direktor qeyd edib ki, benefisiarlar qrupuna əlilliyi olan şəxslər və aztəminatlı ailələr, şəhid ailəsi üzvləri və övladları, müharibə iştirakçıları, onların ailə üzvləri və övladları aiddir.
O bildirib ki, mərkəzə 6-44 yaş aralığındakı şəxslər müraciət edə bilər.
Konfransda bildirib ki, bu günə qədər mərkəzə 500-ə yaxın vətəndaş müraciət edib. Hazırda isə 292 uşaq mərkəzin üzvüdür.
Konfransdan sonra, Abdulla Şaiqin sevilən əsəri əsasında Mərkəzin benefisiarlarının və rəqqasların ifasında səhnələşdirilmiş “Tülkü həccə gedir” tamaşasının premyerası keçirilib.