Dostunu avtomobilin yük yerində Balakənə gətirən şəxs yaxalandı

Balakəndə karantin qaydalarını pozaraq icazəsi olmayan dostunu avtomobilin yük yerində rayona gətirən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.

 

Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini, Bəhlul Yusibov saxlanılıb.

 

Hər iki şəxs 100 manat cərimə ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv