Dövlət Baxçalıdan Xocalı ilə bağlı möhtəşəm çıxış
“Düz 30 il əvvəl qəddarlıqla dolu bir gecədə Qarabağın Xocalı şəhərində soydaşlarımızın qanı töküldü, canımızdan can getdi”.
Bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın qrup iclasında deyib.
O qeyd edib ki, Xocalı Qarabağın mirvarisi, böyük strateji dəyəri olan guşəsidir.
“Xocalı, Qarabağ bir türk torpağıdır, türklərin əbədi vətənidir. Heç bir zalım əməl, heç bir düşmənçilik mühiti bu tarixi həqiqəti dəyişdirə bilməyəcək. Bu aydın faktın qəbul edilməsi regional sülh üçün vacib və qaçılmazdır’, - deyə o bildirib.
Çıxışı zamanı “Şuşa bəyannaməsi” barədə də fikirlərini bildirən partiya sədri deyib ki, bu bəyannamə türklüyün ortaq bəyanıdır. O əlavə edib ki, “Şuşa bəyannaməsi” ilə hər iki ölkəyə qarşı mümkün təhlükələr aradan qalxdı.
Fuad Sadıqov APA TV