Dövlət Gömrük Komitəsinin sədr müavinləri vəzifələrindən azad edildilər

Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Sərəncamlar dekabrın 27-də imzalanıb.

Müəllif | Apa.Tv
Apa.tv