Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı tutuldu

Mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan Respublikası vətəndaşı saxlanılıb.

 

Bu barədə Dövlət Sərhəd Xidmətindən xəbər verilib.

 

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

 

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv