Dovşanı vurmaq istəyən Gədəbəy sakini ehtiyatsızlıqdan qonşusunu gülləyib
Gədəbəydə güllələnmə hadisəsi baş verib.
Hadisə rayonun Misginli kəndində qeydə alınıb. Rayonun Misginli kənd sakini 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsinin, ayağının və aşağı ətafının güllə yarası ilə Gədəbəy rayonunun Mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərilkdikdən sonra Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına gətirilib və lazimi tibbi yardım göstərilib.
Polisin araşdıması zamanı hadisənin baş vermə səbəbləri məlum olub. DİN-in Mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov APA TV-yə bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Onun sözlərinə görə, kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov tüfəngi ilə dovşan vuran zaman qonşusu 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb. Yaralının anası da hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Gədəbəy