15:53 20 noyabr 2021 349
Ana səhifə Xəbərlər

Döyüş bölgəsindən video yayılmasının qarşısını necə almaq olar?

Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materiallar paylaşılır. Eyni ilə 44 günlük Vətən müharibəsində olduğu kimi.

 

APA TV xəbər verir ki, təbii ki, bu paylaşılmlar ictimaiyyətlə yanaşı Müdafiə nazirliyinin də ciddi narahatlığına səbəb olub. Müdafiə naziri Zakir Həsənovun iştirakı ilə keçirilən müşavirə xüsusi olaraq bildirilib ki, Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

 

Hətta sosial media bəzi hərbi qulluqçuların bu videolarda ötürülən məlumat əsasında vurulduğu, şəhid olduğu məlumatları da yayılır. Ümumiyyətlə bu məlumatları yaymaq nə dərəcədə düzgündür və bunun qarşısını necə almaq olar? Bəzi insanlar isə düşünür ki, ölkəmizdə çox populyar olan “Tik-Tok” sosial şəbəkəsi bağlanılmaqla bu işə son qoymaq olar. Amma hərbi  ekspertlər hesab edir ki, bu çıxış yolu deyil: “Məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçunun müəyyən edilməsi doğru qərardır, çoxdan bunu etmək lazIm idi. Bunların yayılması ordunun özünə xidmət edən azsaylı hərbi qulluqçular tərəfindən həyata keçirilir. Bunun qarşısını almaq üçün Tik-Tokun bağlanması inanmıram ki, effektiv olsun. Çünki bu videolar yalnız Tik-toka qoyulmur, digər internet resurslarında da rast gəlinir. Hətta saxta profillər açıb, paylaşımlar etməklə qısa müddətdə geniş kütlə çatdırmaqla mümkün olur. Bu da Azərbaycanın hərbi-siyasi maraqlarına zidd olmaqla bərabər düşmənin əlinə kozer kartlarına verilməsi ilə nəticələnir. Bu kimi halların qarşısının alınması üçün Müdafiə nazirliyinin smartfonların ordu daxilində  istifadəsinə  dair əmrinin tələblərinin yerinə yetirilməsi üçün ciddi nəzarət mexanizmləri, komandirlərin də bu işdə daha ciddi fəaliyyət göstərməsi daha yaxşı nəticə verə bilər”.  

 

Qeyd edək ki, bir qrup şəxs Müdafiə Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə ölkəmizdə çox populyar olan “TikTok” sosial şəbəkəsinə diqqət yetirilmənin vacibliyi ilə  bağlı müraciət ünvanlayıblar. Unutmaq olmaz ki, işğalçı ölkə Azərbaycan sosial şəbəkə seqmentindən məlumatlar toplamaq üçün bizim bütün sosial şəbəkələri, bütün yazılanları izləyir. Geolokasiyanı müəyyən edərək artilleriya zərbələri endirir. Yəni Azərbaycan hərbi qüvvələrinin bütün hərəkətlərini real vaxt rejimində lentə alaraq paylaşanlar özləri də bilmədən mənfur qonşularımıza kömək edirlər. Vətənimizi, ordumuzu qorumaq naminə buna birlikdə son qoymaq lazımdır. Çünki bu son daha böyük qələbənin başlanğıcıdır.

 

 

 

 

Aytən Sakitqızı

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın