DSX-nın bir qrup hərbi qulluqçusu təltif edilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­ib.

 

APA TV xəbər verir ki, dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Sahil Mühafizə­sinin yaradıl­ması ilə ölkəmizin dəniz sər­hədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, sər­həd sula­rında dövləti maraqlarımızın qorunması imkanla­rının genişlənməsi, də­niz sər­həd­lərinin mühafizəsi məsələ­lərinə daima ali diqqətin göstərilməsi sayəsində yüksək nəticələrin əldə olunması qeyd edilib. 

 

Bildirilib ki, Vətən Müharibəsində strateji yüksəkliklərin ələ keçirilməsində, Füzuli, Cəbrayıl, Zən­gilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olun­ma­sında Azərbaycan sərhədçiləri qəhrəmanlıqlar göstərib. “Ha­rop” və digər zərbəendirici pilotsuz uçuş aparatları, sərhəd aviasiyasının AN-2 təyyarələri sərhədçilər tərəfindən peşəkarlıqla tətbiq olunaraq düşmənə ciddi itkilər vurulub.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, böyük şərəf hissi ilə dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xid­məti tap­şırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olun­ub.

 

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hər­bi qulluq­çu təltif edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv