DSX-nın general və zabitləri “Heydər Əliyev zirvəsi”nə yürüş edib

Dövlət Sərhəd Xidməti tərəfindən general və zabitlərdən ibarət bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.

 

Xidmətin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, aksiya 15 iyun - Qurtuluş günü münasibətilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə təşkil olunub.

 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azər­bay­canın Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və Qurtuluş gününün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.

 

Sərhədçi yürüşünün yekununda qeyd olunub ki, Ümummilli Lider Hey­dər Əliyevin Azərbaycan döv­lət­çi­li­yi­nin qurulmasında və möhkəmlən­məsində, Azərbaycan sərhəd mühafizəsinin formalaşmasında və inkişafındakı əvəzsiz xidmətləri əbədi olaraq xatirələrdə yaşayacaq. Dahi Öndərin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyası Azər­baycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dai­ma böyük qürur və şərəflə həyata keçiril­əcək, ölkəmizin sərhəd mühafizəsi da­ha da möhkəmlənəcək, yaxın zamanlarda dövlə­ti­mizin ərazi bütövlüyü təmin olunacaq və dövlət sərhədlərimizin hər bir hissəsində müzəffər dövlət bay­rağımız ucaldılacaq.

Müəllif | Apa.Tv
Apa.tv