DSX-nın vəzifəli şəxslərinin həbs müddəti uzadıldı

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) həbs olunan vəzifəli şəxsləri – Sakit Muradov, Samiq Əzizov, Nemət Pənahov, Elçin Vəliyev, Müzəffər Namazov, Abdulla Abdullayev, Xalis Quliyevin barələrində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

APA TV-nin məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və təqsirləndirilən şəxslər barəsində seçilən həbs qətimkan müddəti 3 ay, dekabrın 12-ə qədər uzadılıb.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv