11:50 24 noyabr 2022 143
Ana səhifə Xəbərlər

DTX polkovnik Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırma aparır - APA TV

DTX polkovnik Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırma aparır - APA TV Dövlət Təhlükəsizliyi Xidmətində Vətən Müharibəsindən sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır. Artıq məsələ ilə bağlı DTX-nın istintaq orqanında bir sıra şəxslər dindirilir, prosessual hərəkətlər həyata keçirilir. Dindirilənlər arasında Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da var. Artıq sosial şəbəkələrdə və mətbuatda Fərhad Əhmədovun yaxınları bu faktı təsdiqləyiblər. Bildirilir ki, Babək Səmidlinin yayılan səs yazısında suallarına cavab verilən şəxs Fərhad Əhmədovdur. Fərhad Əhmədovun köməkçisi manset.az-a açıqlamasında Babək Səmidlinin səsinin Fərhad Əhmədov tərəfindən yazıldığını da təsdiq edib. Belə olan halda onun bunu hansı məqsədlə etdiyi məsələsi açıq qalır. Qeyd edək ki, Babək Səmidlinin mübahisəli səs yazısının yayıldığı uzun müddət ərzində Fərhad Əhmədov səsin onun tərəfindən yazılması ilə bağlı açıqlama verməyib. İndi bunun onun tərəfindən edildiyinin etiraf edildiyi bir vaxtda, səbəbi və ondan asılı olaraq müxtəlif hərbi məsələlərlə bağlı Babək Səmidlinin səsini yazıb yaymağa görə hüquqi məsuliyyət məsələsi ortaya çıxır. Hazırda DTX-nın İstintaq qurumunda araşdırmalar aparılır. Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın