DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev ev dustaqlığına buraxılıb 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

 

APA TV-nin məlumatına görə, Səbail rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, İlqar Əliyevin vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

 

Bundan başqa, Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin də vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv